Modern.az

SEPAH komandanından ŞOK açıqlama: “Azərbaycan ordusuna silah verilməsini əmr etmişdim”

SEPAH komandanından ŞOK açıqlama: “Azərbaycan ordusuna silah verilməsini əmr etmişdim”

26 Fevral 2013, 15:58

“Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin”.
Modern.az xəbər verir ki, bu sözləri İran İslam Respublikası Quruluşunun Məsləhətçi Şurasının katibi, Ermənistan-Azərbaycan müharibəsi dönəmində SEPAH-ın komandanı olan Möhsün Rzayi “Səhər” kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, İran Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ordusunu təchiz etməklə yanaşı, Azərbaycanın partizan qüvvələrinə də hərbi təlimlər keçib.

“Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin. Hətta, Azərbaycan Silahlı Qüvvələrinə hərbi təlimlərin keçirilməsi haqda da göstəriş vermişdim”.

SEPAH-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının da şəhid olduğunu və onların məzarlarının Bakıda yerləşdiyini bildirib.

İran İslam Respublikası Quruluşunun Məsləhətçi Şurasının katibi deyib: “Biz həmişə çətin günlərində azərbaycanlıların yanında olmuşuq və bu gün də onların yanındayıq. Biz Qarabağın Azərbaycana qaytarılmasında da onlara kömək etməyə hazırıq”.

Möhsün Rzayi müsahibənin sonunda qeyd edib ki, Qarabağ İslam torpağıdır və sülhsevər yollarla Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilməlidir.

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular