Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 29-da keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini elan edib.
Modern.az-ın əldə etdiyi məlumata görə, imtahanda ən yüksək bal toplayan bakalavr Tamerlan Abdullayevdir.
Tamerlan Abdullayev 99 balla ölkə birincisi olub. O Xəzər Univeristetinin məzunudur.
98 bal toplayan Əhməd Əhmədov isə ikinci ən yüksək nəticənin sahibidir. O Bakı Mühəndislik Univeristetini bitirib.