Türkiyə və Azərbaycan arasında təhsil sahəsində əlaqələr güclü inkişaf edir.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində bildirib.
"Türkiyə Azərbaycan tələbələrinin üz tutduğu ölkədir. Türkiyədə təhsil alan azərbaycanlıların sayı günü-gündən artır. Biz həmçinin Türkiyə Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçiririk. Dövlət proqramı çərçivəsində tələbələr iki ölkədə təhsil ala biləcəklər. Bu il yenidən Türkiyə tələbələrini ölkəmizdəki universitetlərdə qarşılaya biləcəyik", - deyə nazir vurğulayıb.
E.Əmrullayev qeyd edib ki, 26 mindən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır.