Zəngilanın Ağalı kənd orta məktəbinə direktor təyinatı olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Ağalı kənd sakini Nərmin Həsənova təyin edilib.
O, bundan əvvəl Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.
Xəbəri Təhsil Nazirliyindən təsdiqləyiblər.