Modern.az

“Xocalıdan uçuşlara hər vasitə ilə maneə yaradılacaq” - Müdafiə Nazirliyi

“Xocalıdan uçuşlara hər vasitə ilə maneə yaradılacaq” - Müdafiə Nazirliyi

27 Fevral 2013, 13:21

“Ermənistan Azərbaycan əraziləri üzərindən icazəsiz uçuşlar həyata keçirərsə, lazımi tədbirlər görüləcək”. Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Ermənistanın Xocalı aeroportundan qanunsuz istifadə etmək cəhdlərinə münasibət bildirərkən deyib.
“Ermənistan bu zorakı mövqeyindən əl çəkməlidir. Çikaqo Konvensiyasına uyğun olaraq bir ölkə digər ölkənin sərhəd hüdudlarını icazəsiz keçə bilməz, icazəsiz keçdiyi halda da tədbir görüləcək”.

Eldar Sabiroğlu qeyd edib ki, qanunsuz uçuş cəhdi Dağlıq Qarabağ münaqişəsinin dinc şəkildə həll edilməsinə böyük maneəçilik törətmiş olacaq. Eyni zamanda E. Sabiroğlu vurğulayıb ki, “Ermənistan öz hərəkətlərinə düzəliş etməsə və belə bir işə yol versələr, əlbəttə, Azərbaycan öz mövqeyində qalır və bu qeyri-qanuni uçuşlarla Ermənistan regionda vəziyyəti olduqca kəskinləşdirə bilər.
Ona görə də onlar daha yaxşı olar ki, bundan əl çəksinlər, beynəlxalq təşkilatlar da, digər ölkələrin parlament üzvləri də bu məsələyə öz mənfi münasibətini bildirilər”.

 

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular