Təhsilin keyfiyyətinin artırılması üçün ayrılan vəsait qənaətbəxş deyil.
Modern.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
"Ötən ilin nəticəsinə görə Azərbaycanda bir nəfərin təhsil almasına sərf olunan orta xərc 1767 manatdır. Eyni zamanda daha yüksək göstərici 2604 manatdır. Amma bu da bizə beynəlxalq standartlara uyğun təhsilin təşkil edilməsi üçün kifayət deyil. Biz yenə də bunun üzərində işləyirik", - deyə nazir müavini bildirib.