Modern.az

Bayram Səfərov Fransanı ittiham etdi

Bayram Səfərov Fransanı ittiham etdi

28 Fevral 2013, 13:29

“Fransa hökuməti buna hüquqi qiymət verməlidir. Bu zorakılığı edənləri cəzalandırmalıdır. Özünün Avropada demokratik ölkə olması məsələsinə aydınlıq gətirməlidir”. Bu sözləri Modern.az-a açıqlamasında Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov Fransa Milli Assembleyasında ermənilərin azərbaycanlıları döyməsi ilə bağlı qalmaqala münasibət bildirərəkən deyib.

Fransa dövlətini ciddi şəkildə tənqid edən icma rəhbəri bu ölkəni ikili standartlara son qoymağa çağırıb.

“Mən bu hadisələri pisləyirəm. Bu hadisələr erməni mərifətinin göstəricisidir”.

 Xatırladaq ki, Fransa-Ermənistan dostluq qrupunun üzvləri ilə birlikdə “Sumqayıt hadisələrindən 25 il sonra: hazırki vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” mövzusunda Fransada  yığıncaq keçirilən zaman “Sumqayıt hadisələri” zamanı “həlak” olan ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Lakin bu tədbirdə iştirak edən Parisdəki “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmayıblar. Ermənilərin Sumqayıtda baş verən hadisələrə iftira və yalan donu geydirmələrinə, həqiqəti gizlədərək ölkəmizə qarşı böhtan yağdırmalarına dözməyən M.Fətəliyeva əsl genosidin-Xocalı faciəsinin məhz bu gün baş verdiyini bəyan edib. Bundan sonra ermənilər qəzəblənərək azərbaycanlılara xəsarət yetiriblər. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı Farnsaya NOTA verib.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir