"İyul ayında uşaq bağçalarına ilk dəfə elektron qaydada qəbul həyata keçiriləcək".
Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda danışıb.
O qeyd edib ki, ilk prosesdə qəbulun bəzi bölgələri əhatə edəcəyi gözlənilir:
"Ümumilikdə sentyabrın əvvəlinə qədər elektron prosesin bütün ölkəni əhatə etməsini planlaşdırırıq. Bütün valideynlərə bərabər şərait yaradılması üçün onlar vahid sistemdən qeydiyyatdan keçib, övladları üçün müvafiq ərazidə bağça seçib yer əldə edə bilərlər. Bu prosesdə köməkliyə ehtiyac olarsa, dəstək üçün bir sıra mərkəzlər təşkil ediləcək”.