Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə 211 layihə qeydiyyatdan keçib.
Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 147-si fərdi, 64-ü isə ümumi təhsil kateqoriyası üzrə müəyyən olunub. Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.