Modern.az

307 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir

307 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir

Təhsil

8 İyun 2022, 14:40

Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik Akademiya”lar fəaliyyət göstərir.

 

İdarədən Modern.az-a verilən məlumata görə, 2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə “Kiçik Akademiya”lara 10 000-dən artıq şagird cəlb olunub.

 

Həmçinin Bakı şəhəri üzrə “Kiçik Akademiya”ların saytı da yaradılıb (bakuka.az).

 

Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi