Modern.az

MİQ üçün 15 imtahan mərkəzi ayrılacaq

MİQ üçün 15 imtahan mərkəzi ayrılacaq

Təhsil

9 İyun 2022, 17:38

“Bu ilin avqust ayında müəllimlərin sertifikatlaşdırılması üzrə test mərhələsi başlayır”.

 

Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli deyib. 

 

N.İsmayılbəyli bildirib ki, imtahan üçün müəllimlərin özlərinin qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur:

 

"Qeydiyyat Regional Təhsil İdarələri tərəfindən aparılacaq. Müəllimlərin işə qəbulu (MİQ) imtahanları üçün 15 imtahan mərkəzinin ayrılması nəzərdə tutulub. Sertifikasiyada bunlardan 8-i istifadə olunacaq".

 

O əlavə edib ki, sertifikasiya imtahanlarının avqust ayının sonunda keçirilməsi planlaşdırılır və imtahanlardan sonra ilin sonuna kimi müsahibələr təşkil ediləcək.

 

Mərkəz rəsmisinin sözlərinə görə, testdən sonra müsahibə mərhələsi təşkil ediləcək: "Bu il üçün müsahibə mərhələsinin sentyabrdan başlamasını planlaşdırırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi