Modern.az

Dövlət sifarişli yerlərə qəbul faizi aşağı olan RAYONLAR

Dövlət sifarişli yerlərə qəbul faizi aşağı olan RAYONLAR

10 İyun 2022, 11:18

2021-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil müəsisələrinə kənd rayonlarının ümumtəhsil müəsisələrindən qəbul olanların nisbi çəkisi (53,50 %) ötənilkindən (54,83 %) bir qədər az, 2019-cu ildəki (53,53 %) səviyyədə olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib.

 

Bildirilib ki, məzunların dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən yerlərə qəbulolma göstəricisinə görə ən yüksək nəticə Sumqayıt və Bakı şəhərlərinin, Oğuz, Qax, Qubadlı, Şahbuz, İsmayıllı və Abşeron rayonlarının məzunlarına məxsusdur.

 

Bundan əlavə, qeyd olunub ki, Sabirabad, Ağsu, Xaçmaz, Qusar, Saatlı, Beyləqan və Cəlilabad rayonlarının məzunlarının dövlət sifarişi üzrə ayrılan yerlərə qəbulolma faizi aşağı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu