Modern.az

Kağız dövrü geridə qalır, kompüter imtahanına KEÇİLƏCƏK

Kağız dövrü geridə qalır, kompüter imtahanına KEÇİLƏCƏK

10 İyun 2022, 12:16

"Kağız imtahanlardan kompüter imtahanlarına keçilə bilər. Hesab edirəm ki, biz buna hazırıq".

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Abituriyent 12" jurnalının təqdimat mərasimində deyib.

 

E.Əmrullayev qeyd edib ki, məktəblərdə kompüterlərin sayı günü-gündən artır:

 

"Eyni zamanda, PİSA qiymətləndirilməsi təcrübəsindən buraxılış və qəbul imtahanlarında istifadəsi mümkün ola bilər. Fizika fənninin məzmunu çox köhnəlib. Məzmunun dəyişməsi bizim üçün problem deyil, lakin cəmiyyət bunu necə qəbul edə bilər?! Yəni maarifləndirmə işləri önəmlidir".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi