Bakıda Gənc Müəllimlərin II Forumu keçirilir.
Modern.az xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Gənc Müəllimlər Asssosiasiyasıdır.
Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan 300 müəllim iştirak edir. Tədbirin məqsədi müəllimlərin bacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, forumda təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə iştirak edir.