Modern.az

Bu gün vəfat edən məşhur diktor FOTOLARDA

Bu gün vəfat edən məşhur diktor FOTOLARDA

1 Mart 2013, 15:34

Tanınmış diktor Hicran Hüseynov 71 yaşında dünyasını dəyişib. Modern.az saytı AzTV-nin məşhur diktorunun tərcümeyi-halını və nun fotolarını təqdim edir.

Hicran Soltan oğlu Hüseynov 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı kitabxanaçılıq texnikumuna daxil olub. 1961-ci ildə həmin texnikumu bitirdikdən sonra Sovet ordusu sıralarına çağırılıb və 1964-cu ildə Sovet ordusu sıralarından tərxis olunub.

1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət teatrı institutunun “Dram və Kino” aktyorluğu fakültəsinə daxil olub və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram teatrına aktyor kimi göndərilib.

Həmin teatrda bir il işlədikdən sonra yenidən Sovet ordusuna zabit vəzifəsinə çağırılıb. İki illik vəzifə borcunu yerinə yetirdikdən sonra Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olub və üçüncü müsabiqədən keçərək AzTV-yə diktor vəzifəsinə dəvət edilib.

1971-ci ildən AzTV-də əmək fəaliyyətinə başlayan Hicran Hüseynov ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlib. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, “Günün ekranı” və “Xəbərlər” proqramının daimi aparıcısı kimi fəaliyyətini davam etdirib.

2006-cı ildə prezidentin fərmanı ilə “Əməkdar artisti” fəxri adına layiq görülüb. Son vaxtlar AzTV-nin nəzdindəki “Mədəniyyət” kanalında baş redaktor vəzifəsində fəaliyyətini davam etdirirdi.

1968-ci ildə ailə qurub, iki övladı var.

Həyat yoldaşı Səmayə Hüseynova ixtisasca iqtisadçı olub. 2006-cı ildə dünyasını dəyişib.

Qızı Afaq 1970-ci il, oğlu Rövşən 1973-cü ildə dünyaya gəliblər.














Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza