Modern.az

Müsavat rəsmisi Saakaşviliyə etiraz etdi: “Gürcü xalqı ona səs verməyib” - MÖVQE

Müsavat rəsmisi Saakaşviliyə etiraz etdi: “Gürcü xalqı ona səs verməyib” - MÖVQE

1 Mart 2013, 17:13

Gürcüstan prezidenti Mixail Saakaşvilli Tiflis hava limanında jurnalistlərə açıqlamasında Azərbaycanda dövlət çevrilişi ilə bağlı həyəcanlı bəyanatla çıxış edib. Müsavat partiyasından bu açıqlamaya şərh gəlib. Modern.az-ın məlumatına görə Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılı bildirib ki, gürcü prezident Azərbaycanla bağlı mövqeyində riyakarlığa yol verib.
“Əvvəla Gürcüstanda onun dediyi kimi Rusiya tərəfindən hər hansı bir çevriliş baş verməyib. Yaxından iştirak etdiyim son seçkilərdə şahidi olmuşam ki, gürcü xalqı Saakaşviliyə və onun tərəfdarlarına səs vermədi. Az-çox saxtakarlıqlar indi onun xatırlatdığı azərbaycanlılar və ermənilər yaşayan ərazilərdə baş vermişdi. Saxtakarlıqlar Saakaşvilinin namizədlərinin xeyrinə edilmişdi. Onun namizədləri əsasən belə yaşayış məntəqələrində üstünlük əldə etmişdilər”.

A.Hacılı deyib ki, Rusiyameylli sayılması inandırıcı olmayan Tiflisdə onun blokuna daxil olan namizədlərin hər biri dairələrin hamısında böyük hesabla məğlub olublar. Tiflis seçicilərinin 90%-ə qədəri onun blokuna rəqib olan namizədlərə səs verib.

“Səhv ya düz idi. Bu gürcü xalqının seçimidir. Məncə nə Saakaşvili, nə Novodvorskaya, nə də  başqaları gürcü xalqının taleyi haqqında bu xalqın özündən daha düzgün qərar verə bilər”-deyə etirazını bildirib.

Müsavat rəsmisi Söyün Sadıxovla bağlı ittihama toxunaraq qeyd edib ki, Söyün Sadıxovun belə təsir imkanları yoxdur.
“Saakaşvilinin açıqlamasında narahatedici məqam guya, Söyün Sadıxovun Gürcüstanda yaşayan azərbaycanlılara muxtariyyət alacağını söz verməsi barədə fikirləridir. Bu bəyanat təbii ki. gürcüstanlı soydaşlarımız üçün problemlər yaradacaq.
Söyün Sadıxovun belə təsir imkanları yoxdur.O həm də Saakaşvilinin dediyi kimi, milyarder də deyil.Rusiyada və Azərbaycanda Sadıxovdan daha varlı minlərlə azərbaycanlı var”- deyə vurğulayıb.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza