Modern.az

Gənclər İsa Qəmbərlə görüşü təxirə saldılar

Gənclər İsa Qəmbərlə görüşü təxirə saldılar

1 Mart 2013, 17:16

Gənclərin Müsavat başqanı İsa Qəmbərlə martn 10-a təyin olunan görüşü təxirə salınıb. Modern.az-ın məlumatına görə, görüşün təxir olunmasına əsas səbəb gənclərin martın 10-a planlaşdırdığı Əsgər ölümlərinə son!" aksiyasıdır. İsa Qəmbərlə görüş həmin günə düşdüyündən gənclər vaxtı dəyişərək martın 17-ə keçiriblər.  

Qeyd edək ki, Müsavat Partiyasının Gənclər Təşkilatı martın 10-da İsa Qəmbərlə görüşə icazə verilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdılar.

Anar 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza