Modern.az

Putin: “Hər bir ölkədə seçki zamanı qüvvələr üçüncü tərəfdən dəstək istəyirlər” - AÇIQLAMA

Putin: “Hər bir ölkədə seçki zamanı qüvvələr üçüncü tərəfdən dəstək istəyirlər” - AÇIQLAMA

1 Mart 2013, 18:10

Rusiya prezidenti “seçki mübarizəsi dəstək üçün üçüncü tərəfə müraciətlə müşayət olunur” dedi

“Hər bir ölkədə seçki kampaniyaları zamanı siyasi mübarizənin kəskinləşməsi, qarşılqılı ittihamlar baş verir. Bütün bunlar isə hər zaman digər bir tərəfə çağırış, yaxud tərəflərdən birinə dəstək vermək üçün üçüncü tərəfə müraciətlə müşayiət olunur”.

Modern.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Fransua Ollandla görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin Rusiyada seçkilər və insan hüquqları ilə bağlı suallarına cavab verərkən deyib.

Putinin sözlərinə görə, seçki zamanı hər hansı pozuntular barədə danışmaq dünyada mövcud praktikadır.

“2012-ci ildə Rusiyada insan haqları ilə bağlı vəziyyət dəyişməyib. Bz hələ 90-cı illərdə demokratik institutların inkişafı yönündə seçim etmişik və Rusiya bu yoldan imtina etmək niyyətində deyil”-deyə Putin bildirib.

X.SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir