Modern.az

Prezident Qəbələyə pul ayırdı

Prezident Qəbələyə  pul ayırdı

1 Mart 2013, 19:31

Prezident İlham Əliyev Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, səkkiz min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 4,9 (dörd milyon doqquz yüz min) milyon manat ayrılıb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza