"Məktəbli formalarının olması tənzimləyici qaydadır. Yəni hər bir məktəb daxildə bu qərarı verməlidir. Sadəcə qərarı verəndə qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə etməlidirlər".
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
E.Əmrullayev qeyd edib ki, qaydanın məqsədi seçim imkanlarının genişləndirilməsidir:
"Hesab edirəm ki, vahid məktəbli formasına keçid tədricən olacaq. Təbii ki, əhalinin sosial vəziyyətini nəzərə alırıq və bu istiqamətdə addım-addım getmək istəyirik. Şagirdlərin vahid və müxtəlif çalarları olan məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində istər müəyyən sosial bərabərsizliklərin görülməsinə, istərsə də davranış dəyişikliklərinə təsirini göstərmiş olacaq".