Modern.az

9 illik təhsili 5 sinif otağında alırlar - PROBLEM

9 illik təhsili 5 sinif otağında alırlar - PROBLEM

Təhsil

14 İyun 2022, 13:12

Abşeron rayonu, Sumqayıt şəhərinin yaxınlığında məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən Füzuli rayon 40 saylı orta məktəbin şagirdləri 9 illik təhsili 5 otaqda alırlar.

Bu barədə Modern.az-a Milli Məclisin deputatı Vüqar Bayramov həmin məktəbdə olduğunu bildirib.

V.Bayramov deyib ki, məktəb kollektivi iki məsələdə onlara dəstək olmalarını xahiş ediblər. Deputat qeyd edib ki, 9 illik təhsil müəssisəsi 5 otaqdan ibarətdir:

"Otaqların sayı siniflərin sayı ilə uyğun gəlmədiyi üçün otaqlar iki hissəyə bölünüb və sayı 10-a çatdırılıb. Məktəbin ən ciddi problemlərindən biri sinif otaqlarının sayının az olmasıdır. Məktəb əməkdaşları bildirdilər ki, qonşuluqda yerləşən Abşeron rayonu Aşağı Güzlək kənd 2 saylı orta məktəbdə boş sinif otaqları var və həmin əmlakdan istifadə etməklərinə dəstək olmağımızı xahiş etdilər.

Eyni zamanda, məktəb 9 illik olduğu və Sumqayıt şəhərindən kənarda yerləşdiyi üçün bu təhsilin davamlığına təsir göstərir. Belə ki, 10 və 11-ci sinif şagirdləri təhsillərini başqa məktəblərdə davam etdirirlər və bu da məcburi köçkün ailələri üçün əlavə çətinliklər yaradır. Bu baxımdan, kollektiv məktəbə tam orta məktəb statusunun verilməsinə baxılmasını xahiş edib".

Parlamentari ümid edib ki, qeyd edilən məsələlərin daha qısa zamanda həlli ilə bağlı müvafiq dövlət qurumları məktəb kollektivinə dəstək olacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu