Modern.az

“Azəryolservis” dağılan körpü barədə məlumat verdi

“Azəryolservis” dağılan körpü barədə məlumat verdi

4 Mart 2013, 11:27

“Kiçik və ağır yüklü maşınların hərəkəti üçün körpünün yaxınlığında alternativ yol salınır”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. P.Mürsəliyev Ələt-Astara magistral yolunun 140-cı kilometrliyində-Cəlilabad şəhəri ərazisində dağılan körpüdə “Azəryolservis” ASC-nin əməkdaşlarının tədbirlər gördüyünü bildirib.

Qeyd edək ki, uzunluğu 20, eni 10 metr olan körpünün dağılması nəticəsində Bakı və əks istiqamətdə avtomobillərin hərəkətində problem yaranıb. “Əməkdaşlarımız hazırda hadisə yerindədirlər və orada araşdırma aparacaqlar. Yeni körpü tikiləcək və yaxud həmin körpünün yenidən təmir olunacağı barədə onlar qayıdandan sonra mətbuata məlumat verəcəyik”.  

  Anar Kəlbiyev

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza