Modern.az

Azərbaycandakı əcnəbi tələbələrin sayı açıqlandı

Azərbaycandakı əcnəbi tələbələrin sayı açıqlandı

Təhsil

17 İyun 2022, 11:09

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2021-2022-ci tədris ilində ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. 

 

Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin Xalq Respublikası və digər ölkələri təmsil edib. 

 

Qeyd edək ki, geridə qoyduğumuz tədris ilində əcnəbilərin ölkəmizdə təhsili üçün imkanların genişləndirilməsi, eyni zamanda təşviqi istiqamətində aparılan işlərin davamı olaraq portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti (“SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service”) istifadəyə verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu