Modern.az

AXCP-nin eks-mətbuat katibi Azərbaycanı birdəfəlik tərk edib

AXCP-nin eks-mətbuat katibi Azərbaycanı birdəfəlik tərk edib

4 Mart 2013, 11:55

İsaq Əvəzoğlu partiya üzvü olsa da, cəbhəçilərin ondan xəbərləri yoxdur

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş mətbuati katibi, illər öncə partiyanın aparıcı funksionerlərindən olan İsaq Əvəzoğlu xeyli müddətdir siyasi müstəvidə gözə dəymir. Hətta onunla bağlı məlumatlara nadir hallarda rast gəlmək mümkündür. Fəaliyyəti dövründə mətbuatla sıx əlaqədə olan İ.Əvəzoğlunun  Azərbaycanı tərk edəndən sonra AXCP-dən çıxdığı və siyasətdən getdiyi bildirilirdi.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Modern.az-a açıqlamasında keçmiş mətbuat katibi İsa Əvəzoğlunun partiya sıralarından getmədiyini, onun hələ də AXCP-nin üzvü olduğunu bildirib. İsaq Əvəzoğlunun hazırda Ukraynada yaşadığını deyən F.Qəhrəmanlı onunla sıx əlaqələrinin olmadığını deyib.

“Bizdə olan məlumata görə, İsaq Əvəzoğlu hazırda Ukraynadadır. Onun AXCP sıralarından çıxması haqda deyilənlər doğru deyil. İsaq Əvəzoğlu hələ də partiyanın üzvüdür. Sadəcə işləri ilə əlaqədar ölkəni tərk edib Ukraynada yaşayır. Partiya ilə əlaqələri olmadığından onunla bağlı biz də məlumatsızıq”-deyə F.Qəhrəmanlı bildirib. Hazırda onun AXCP-də postunu Natiq Ədilov tutur.

İsaq Əvəzoğlu siyasətdən getməsi haqda şəxsən açıqlama verməsə də, onun hazırda Ukraynada yaxın dostlarının çevrəsində bizneslə məşğul olduğu bildirilir. Hətta ötən ilin sonlarında onun Azərbaycana gəlməsi haqda mətbuatda məlumat da yayılmışdı.

Xatırladaq ki, haqqında məhdud məlumatlar əldə etdiyimiz AXCP-nin  keçmiş mətbuat katibi İsaq Əvəzoğlu 2010-cü ildə Azərbaycanı tərk edərək Ukraynaya gedib. Onun gözlənilməz gedişinin nə ilə bağlı olması hələ də sual altındadır.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza