“İbtidai siniflər üzrə riyaziyyat və xarici dil fənləri Yay Məktəbində tədris ediləcək”.
Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Anar Mirzəzadə “Təhsil masası”da deyib.
Sektor müdiri bildirib ki, V-XI sinif şagirdləri riyaziyyat, xarici dil və tədris dilini keçəcək: “Müəllimlərin seçiminə uyğun olaraq əlavə 3 fənn də seçiləcək”.