Modern.az

“Suallar gözlədiyim kimi oldu” – I qrupun lideri

“Suallar gözlədiyim kimi oldu” – I qrupun lideri

17 İyun 2022, 19:00

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 4-5 iyun 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb.

 

Nəticələrə əsasən, I ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhər 111 nömrəli məktəbin məzunu Qurbanov Fuad Polad oğlu qazanıb. O 695 bal toplayaraq, I ixtisas qrupu üzrə ilk yeri tutub.

 

F. Qurbanov imtahan nəticələri ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

“Təəssüratım çox yaxşıdır. Suallar gözlədiyim kimi oldu. Gündəlik dərslərə hazırlaşırdım və təbii ki, əlavə hazırlıqlar da olurdu”, - o deyib.

 

Xaricdə təhsil almaq niyyətinin olmadığını deyən F.Qurbanov Azərbaycanda qalmağa üstünlük verdiyini söyləyib:

 

“Xaricdə təhsil almaq fikrim yoxdur, Azərbaycanda oxuyacam. İnformasiya təhlükəsizliyi və ya kompüter mühəndisliyi üzrə təhsil almaq istəyirəm. Nəticələrə gəlincə, imtahandan çıxdıqdan sonra topladığım balı təxmin etmişdim. Mənim üçün uğurlu nəticədir, çox sevincliyəm”.

 

Həmçinin oxuyun:

Ən yüksək balı o topladı - “İmtahan üçün plan qurmuşdum”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi