Modern.az

Uşaq musiqi məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ!

Uşaq musiqi məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ!

Təhsil

18 İyun 2022, 09:56

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu imtahanı 7 avqust 2022-ci il tarixində keçiriləcək.

 

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 18 iyul saat 09:00-dan 28 iyul saat 17:00-dək həyata keçiriləcək.

 

Nəzərinizə çatdıraq ki, iyulun 17-də işə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 20 iyun saat 09:00-dan 7 iyul saat 17:00-dək həyata keçiriləcək.

 

İmtahanlarda iştirak etmək üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi