Modern.az

Bağçalara elektron qeydiyyat bu tarixdən BAŞLAYIR

Bağçalara elektron qeydiyyat bu tarixdən BAŞLAYIR

Təhsil

20 İyun 2022, 12:10

Təhsil Nazirliyi valideynlərə müraciət edib.

 

Nazirlikdən Modern.az-a daxil olan müraciətdə deyilir:

 

"İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək.

 

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.

 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu