Modern.az

Gənc siyasi fəallar Saakaşvilinin bəyanatını təhlil etdi

Gənc siyasi fəallar Saakaşvilinin bəyanatını təhlil etdi

5 Mart 2013, 12:02

Gürcüstan prezidenti Mixail Saakaşvillinin Tiflis hava limanında Azərbaycanda Gürcüstan ssenarisi ilə Rusiyanın dövlət çevrilişi hazırlamaqla bağlı jurnalistlərə verdiyi açıqlamaya bu dəfə gənc fəallar münasibət bildirib. Modern.az Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olan gənclərdən məsələ haqqında fikirlərini öyrənib.

REAL Hərəkatının Məclis sədri Erkin Qədirli bu açıqlamanı Saakaşvillinin şəxsi mülahizələri kimi dəyərləndirdi. “Azərbaycandan daxili vəziyyətin dəyişəcəyinə inanmıram. Təbii ki, gürcü prezident öz mülahizələri əsasında bunu deyib. Hələ Gürcüstanda parlament seçkisindən əvvələ demokratik islahatların geriyə döndərilməsi hekayəsi var idi. İvanaşvilli Rusiyada qazanılmış milyardlar hesabına Gürcüstanda parlament seçkisində qalib gəldi. Güman ki, Azərbaycan prezidenti ilə görüşündə də bu məsələ müzakirə olunub. Rusiyada İvanaşvilli kimi milyarderlərin çox olması barədə yəqin ki, Saakaşvilli Azərbaycanı xəbərdar edib. Guya Azərbaycanda da nəsə etmək niyyətindədirlər. Saakaşvillinin Gürcüstanda gürcülərə söylədiyi hekayə ilə deyilənlər üst-üstə düşmür. O, özünün Gürcüstandakı maraqlarına uyğun olaraq Rusiyanın  Azərbaycanda aranı qarışdırmaq istədiyini deyib. Bu bəyanatı, öz xeyrinə bir çıxış kimi dəyərləndirirəm”.

Gənc fəal kimi tanınan Bəxtiyar Hacıyevin cavabı belə olub: “Rusiyanın Azərbaycan hakimiyyəti ilə münasibətlərinin əvvəlki kimi olmadığını, aradakı soyuqluğu, baş verən hadisələri nəzərə alaraq, belə bir çevriliş ehtimalının olması real görünür”.

Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə hesab edir ki, Saakaşvillinin bəyanatı spekulyativ xarakter daşıyır. “Saakaşvilinin bu məsələni qaldırması ilk olaraq tərəfdaşlıq təklifi kimi qiymətləndirilməlidir. O, bu bəyanatı ilə ortaq düşməni və təhdidi göstərir. Burada məqsəd Azərbaycan ictimai şüuruna təsir göstərmək və özünə müttəfiq qazanmaqdır”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza