Modern.az

“Olmaz ki, dərslər sentyabrın 1-də başlasın?” – Parlamentdə məsələ qaldırıldı

“Olmaz ki, dərslər sentyabrın 1-də başlasın?” – Parlamentdə məsələ qaldırıldı

Təhsil

22 İyun 2022, 12:36

"Avqustun 21-də müəllimlər işə çıxır. Amma sentyabrın 15-nə qədər maaş alır. Azərbaycan müəlliminə nə qədər çox pul verilsə, halal xoşudur. Amma olmaz ki, elə sentyabrın 1-də dərs başlasın və müəllimlər də o vaxtdan maaş alsın?". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

 

O qeyd edib ki, Bilik Gününü sentyabrın 15-də müəyyən edənlər isti havanı əsas gətirirlər: 

 

"Həmin şəxsləri Afrikada vəzifəyə təyin etsələr, orada tədrisi qadağan edərlər. Yenə məsələni qaldırmaq istəyirəm ki, dərslərin sentyabrın 1-i başlayıb, mayın sonu bitməsi uyğundur. Onsuz da mayın sonunda dərslər dayanır. Müəllimlər iyunun 15-nə qədər boş qalırlar".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu