Modern.az

Təhsil nazirlikləri arasında saziş TƏSDİQLƏNDİ

Təhsil nazirlikləri arasında saziş TƏSDİQLƏNDİ

Təhsil

23 İyun 2022, 15:16

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmanla 2022-ci il fevralın 21-də Tbilisi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

 

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan hökumətinə bildiriş göndərməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi