Modern.az

Azərbaycanı həmişəlik tərk edən hərbi ekspert bunun səbəbindən danışıb

Azərbaycanı həmişəlik tərk edən hərbi ekspert bunun səbəbindən danışıb

7 Mart 2013, 14:52



Hərbi ekspert, hüquq müdafiəçisi Ələkbər Məmmədov təzyiqlər üzündən bu günlərdə ölkəni tərk etməsini "Turan"a təsdiqləyib.

Hüquq müdafiəçisi hansı ölkəyə mühacirət etməsi haqda açıqlama verməyib. Son vaxtlar oğluna olan hücumlar, sosial şəbəkələr vasitəsilə əsgər ölümlərinə dair yaydığı fotoları yığışdırması tələbi ilə  hədələrə məruz qaldığını bildirib. Nəsimi Rayon Məhkəməsində davam edən prosesdə həbsə alınması və həbsxanada zorakılıqlara məruz qalacağı haqda informasiyalar aldığını söyləyib.
“Bütün bunlardan sonra ailəmin, özümün təhlükəsizliyim üçün ölkədən mühacirət etməyə məcbur oldum”, - Ə.Məmmədov qeyd edib. Mühacirətdə ən azı övladlarının həyatına təhlükə olmayacağı, sərbəst hərəkət edə biləcəklərini nəzərə çatdırıb. 

Hüquq müdafiəçisi mübarizəsini mühacirətdə də davam etdirəcəyini söyləyib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza