"ADA Universiteti olaraq Qazax Müəllimlər Seminariyasının yerləşdiyi binanın bərpasını həyata keçiririk".
Modern.az xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Məzun günü ilə bağlı mərasimdə deyib.
Rektor çıxışı zamanı universitetin gələcək hədəflərindən söz açıb, bərpa prosesinin nə vaxt başa çatacağını açıqlayıb:
"Sentyabr ayında bərpa prosesinin yekunlaşmasını planlaşdırırıq. Bundan sonra müəllimlərin yetişdirilməsi prosesini daha çox ora yönəldəcəyik".