Modern.az

“Əfv siyahısındakı adları demək istəmirəm”- AÇIQLAMA

“Əfv siyahısındakı adları demək istəmirəm”- AÇIQLAMA

11 Mart 2013, 13:40

“Əfvlə bağlı siyahı artıq  Prezident yanında Əfv Məsələləri Komissiyasına təqdim olunub”. Bunu Modern.az-a hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyib.  Hüquq müdafiçəsinin sözlərinə görə, bu siyahıda müzakirə obyekti olan məhkumlar da var.  “Burada müzakirə obyekti olan məhkumlar da var. İnanırıq ki, onların da əfvə düşməsi üçün cənab prezident təşəbbüs göstərəcək”- deyə deputat qeyd edib ki, bu sırda olan 8-10 nəfərinin adı siyahıya salınıb. Amma Ç. Qənizadə siyahıda olan tanınmış şəxslərin adını çəkməkdən imtina edib. 

“Siyahıda olanların adlarını açıqlayan kimi, bizə qarşı hücuma keçirlər. Çoxları adlarının niyə siyahıda olmadığını deyərək öz narazılığını bildirirlər. Ona görə də ad çəkmək istəmirəm”.  

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza