Modern.az

"Müxalifət beynəlxaq qurumlarla iş birliyindən imtina edə bilməz”- RƏY

"Müxalifət beynəlxaq qurumlarla iş birliyindən imtina edə bilməz”- RƏY

11 Mart 2013, 17:04

“Beynəlxalq təşkilatların, Qərb dövlətlərinin və ictimai rəyinin dünya ölkələrinə təsir imkanları yalnız öz maraqlarına xidmət edir”. Bu sözləri Modern.az –a açılqmasında politoloq Zərdüşt Əlizadə AXCP sədri Əli Kərimlinin beynəlxaq təşkilatlarrın rəyi ilə proseslərə qiymət vermək cəhdindən imtina etməklə balı  çağırışını şərh edəkən deyib.

Qeyd edək ki, İctimai Palatanın iclasında çıxış edən Ə. Kərimli “beynəlxalq təşkilatlardan artıq nicat gözləməyin” deyə müraciət edib.  

Z.Əlizadənin sözlərinə görə, siyasi partiyalar ancaq xalqa arxalanıb işləyə bilər. “Bu baxımdan Əli Kərimli haqlıdır. Görünür o hesab edir ki, artıq xalqa söykənən böyük qüvvə olmaq lazımdır. Yəqin ki, bundan sonra müxalifət düşərgəsi öz xalqları haqqında və bu millətin rəğbətini qazanmaq haqqında düşünəcəklər”-deyə politoloq vurğulayıb.

Bununla yanaşı Z. Əlizadə deyib ki, belə mövqe heç də beynəlxaq təşkilatlara işbirilyindən imtina edilməsi kimi dəyərləndirmək olmaz. “Müxalifət partiyaları  yenə də beynəlxalq təşkilatlara müraciət edəcəklər. Qərb təşkilatları və dövlətləri dünyada aparıcı mövqe tuturlar. Çünki heç bir siyasətçi prioritet qüvvəni nəzərə almaya bilməz”.

Aqşin Kərimov   

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza