Modern.az

Təhsil Nazirliyinin tabeliyindəki qurumların siyahısı DƏYİŞDİRİLDİ

Təhsil Nazirliyinin tabeliyindəki qurumların siyahısı DƏYİŞDİRİLDİ

6 İyul 2022, 14:18

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

 

Bu barədə Modern.az-ın Nazirlər Kabinetindən məlumat verilib.

 

Bildirilib ki, hökumətin qeyd olunan Qərarı ilə Nazirlər Kabinetinin 2011-ci il 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

 

Qərar Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin ləğv edilməsi, eləcə də Sumqayıt və Lənkəran şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaların adlarının dəyişdirilməsi ilə əlaqədar qəbul olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu