“Qənimət Zahidə qarşı qaldırılan iddia əsasında bu gün keçriləcək məhkəmənin başqa günə salınması ilə bağlı müraciət olunub”. Bu barədə Modern.az-a Media Hüququ İnstitutundan bildirilib. Məlumatda qeyd edilib ki, bu gün qubalı jurnalistlərin məhkəməsi olduğu üçün baş redaktorun vəkilləri Xaçmaza gediblər.
“Qənimət Zahidin məhkəməsinin vəkillərin başqa prosesdə olmaları səbəbindən təxirə salınması üçün müraciət olunub”.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid barəsində cinayət təqibi başlamaq və onu cəzalandırmaq tələbi ilə məhkəməyə müraciət ediblər. Buna səbəb kimi Qəniməd Zahidin “Azadlıq”da dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” başlıqlı yazısı göstərilir. Daxili işlər naziri Ramil Usubovun şikayəti üzrə işə hakim Zəfər Quliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərovin şikayəti üzrə işə isə hakim Anar Rzayev baxacaq. Qənimət Zahidin vəkili isə Elçin Sadıqovdur
Aytən Əliyeva