Modern.az

İsa Qəmbər, Əli Kərimli və Lalə Şövkət “El” hərəkatına” gəlir

İsa Qəmbər, Əli Kərimli və Lalə Şövkət “El” hərəkatına” gəlir

12 Mart 2013, 12:14

Rüstəm İbrahimbəyov “El” hərəkatı ilə bağlı tapşırıq verdi

Azərbaycan Ziyalılar Forumunun təsisçisi, hazırda ölkə xaricində olan kinodramaturq Rüstəm İbrahimbəyov “El” hərəkatı ilə bağlı son tapşırıqlarını verib. Bu barədə Modern.az-a Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev məlumat bildirib.

““El” hərəkatının bu gün keçiriləcək təqdimatı ilə bağlı Rüstəm İbrahimbəyovla əlaqə saxladıq. O da öz xeyir-duasını verdi. Zəng eləyib salamlarını çatdırdı. Rüstəm bəy belə bir qurumun Azərbaycan reallığı üçün nə qədər zəruri olduğunu vurğulayaraq, öz təbriklərini bildirdi”- deyə kinossenarist vurğulayıb.

E.Quliyev bildirib ki, “El” hərəkatının bu gün keçirilən təqdimat mərasimində bir neçə müxalifət lideri iştirak edəcək:

“Təqdimat mərasiminə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət dəvət olunublar. Yəqin ki, təqdimata qatılacaqlar”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza