Modern.az

Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin namizədliyini irəli sürdü

Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin namizədliyini irəli sürdü

12 Mart 2013, 12:20

Azərbaycan Qızıl Aypara Cəmiyyəti növbəti prezident seçkilərində hazırki ölkə rəhbəri İlham Əliyevin namizədliyini irəli sürüb.

Modern.az saytının məlumatına görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 24-cü Baş Məclisinin Qurultayında hazırkı dövlət başçısı İlham Əliyevin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul olunub.

Qərarı qəbul edən qurultay iştirakçıları dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı sahəsində gördüyü işləri yüksək qiymətləndirərək onun prezident seçkilərində qalib gəlməyə ən real namizəd olduğunu bildiriblər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu gün keçirilən qurultayında millət vəkili Novruz Aslan təşkilatın yenidən prezidenti seçilib.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB