Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdyi xəbərə görə, Zaqreb Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Xorvatiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Azərbaycan Respublikasının Prezidenti Zaqrebdən Monteneqronun paytaxtı Podqoritsaya yola düşüb.
Modern.az