Modern.az

Prezidentin Monteneqroya səfəri başlayıb

Prezidentin Monteneqroya səfəri başlayıb

12 Mart 2013, 14:30

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti Monteneqro Respublikasına rəsmi səfərə gedib. Podqoritsa Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Monteneqro Prezidenti Filip Vujanoviç qarşılayıb. Hərbi orkestrin ifasında Azərbaycanın və Monteneqronun dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Monteneqronun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Monteneqro Prezidenti Filip Vujanoviçə təqdim olunub.


Modern.az 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza