Modern.az

6 təşkilatın ofisində aksiyada cərimələnənlər üçün ianə yığılır

6 təşkilatın ofisində aksiyada cərimələnənlər üçün ianə yığılır

12 Mart 2013, 15:04


12 yanvarda keçirilən “Əsgər ölümlərinə son!” aksiyasına görə məhkəmənin qərarı ilə bir neçə şəxs cərimələndi. Bu pulları ödəmək üçün gənc fəal kimi tanınan Bəxtiyar Hacıyevin təşəbbüsü və ideyası ilə “5 qəpik” aksiyası başlandı. Martın 10-da keçirilən növbəti dəfə əsgər ölümləri ilə bağlı aksiyaya görə də bir neçə şəxs cərimələndi. Ancaq Bəxtiyar Hacıyev növbəti dəfə belə bir təşəbbüs irəli sürməyəcəyini dilə gətirdi.  

Modern.az-
a açıqlamasında VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli bildirib ki, 12 təşkilat tərəfindən Demokratiya Yardım Fondu təsis olunub.

“Bu siyahıda həm siyasi partiyalar, həm də QHT-lər yer alır. Demokratiyaya Yardım Fondunun əsas məqsədi müxtəlif formalarda yığılan pulların xərclənməsi, şəffaf şəraitdə bunu həyata keçirməkdir. Bununla bağlı sayt da yaratmışıq. Hər hansı vətəndaş müəyyən qədər pul ödəyirsə, ilk növbədə həmin saytda qeydiyyatdan keçməlidir və həmin şəxsə çek yazılıb verilir. Orada vətəndaşın öz istəyinə uyğun olaraq bu pulu verir. Bu ianə müxtəlif məqsədlər üçün yığıla bilər. Fondun özünün isə idarə heyəti var. Həmin idarə heyətində hər təşkilatdan bir nəfər təmsil olunur. Altı təşkilatın ofisində ianə qutuları qoyulub. İstənilən vətəndaş ora gedib pulu qoya bilər. REAL hərəkatının, Müsavat Partiyasının, Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin, “Müsbət Dəyişiklik” təşkilatının, Avropa Hərəkatının ofisində bu qutular qoyulub. Saytımıza gəlincə, o qapalıdır. Bura üzv olan təşkilatın nümayəndələri bu saytı görə bilirlər və elektron poçt vasitəsilə nəzarət olunur”, – deyə S. Əsədli qeyd edib.  

Aqşin Kərimov
 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza