Modern.az

Qızıl Aypara Cəmiyyəti Qənirə Paşayevanı təltif edib

Qızıl Aypara Cəmiyyəti Qənirə Paşayevanı təltif edib

12 Mart 2013, 15:36
Millət vəkili Qənirə Paşayeva Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən fəxri fərmanla təltif olunub. Millət vəkili Qənirə Paşayevaya fəxri fərman Azərbaycan Qızıl Aypara  Cəmiyyətinin məqsəd və məramının geniş ictimaiyyət arasında fəal təbliğinə, eyni zamanda kütləvi tədbirlərin keçirilməsində yaxından iştirak edərək əməli köməklik göstərdiyinə görə təqdim edilib. Fəxri fərman millət vəkili Qənirə Paşayevaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən təqdim edilib. Mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva bundan sonra da Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil ediləcək tədbirlərə yaxından dəstəyini göstərməkdə davam edəcəyini bildirib.




Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza