Modern.az

AMİP sədri: “İndiki vəziyyətlə seçkidə iştirak etmək düzgün deyil”

AMİP sədri: “İndiki vəziyyətlə seçkidə iştirak etmək düzgün deyil”

12 Mart 2013, 17:19

“AMİP olaraq həm hakim partiyaya, həm də müxalifət düşərgəsinə dialoqla bağlı müraciət etmişik. Qarşıdan prezident seçkisi gəldiyi üçün dialoqa ehtiyac var”. Bu sözləri Modern.az-a açıqlamasında AMİP sədri Yusif Bağırzadə YAP-ın bu gün səsləndirdiyi dialoq təklifinə münasibətini açıqlayarkın deyib. Onun sözlərinə görə, hazırda əsas məsələ dialoqun predmetini tapmaqdır.  
“İndiki vəziyyətlə seçkidə iştirak etmək düzgün deyil. Əsas məsələ isə dialoqun predmetidir. Əgər  seçki məcəlləsinin dəyişdirilməsindən, seçki komissiyalarının formalaşdırılmasından, Azərbaycanda seçki öncəsi mühitin demokratikləşməsindən, islahatlardan, ölkəmizin ərazi bütövlüyünün qorunmasından söhbət gedirsə, əlbəttə ki, orda iştirak edə bilərik”-deyə AMİP sədri vurğulayıb.  
Y. Bağırzadənin sözlərinə görə, hələik hakim partiyadan onlara dialoqla bağlı hər hansı təklif olmayıb.  

Aqşin Kərimov 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza