
“El” Hərəkatının təqdimat mərasimində çıxış edən Ziyalılar Forumunun üzvü Rafiq Əliyev bildirib ki, Ziyalılar Forumu ilə “El” Hərəkatının eyniləşdirilməsi, onun bir qolu kimi adlandırılması doğru deyil. R.Əliyev qeyd edib ki, “El” Hərəkatı tam başqa bir formatdadır.
“Ziyalılar Forumu üçün Müsavat, AXCP, “El” və s. ola bilər. “El” Hərəkatında biz ən yaxşısını və layiqlisini dəstəkləyirik”. Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli bu hərəkatın yaranması münasibətilə üzvləri təbrik edib. G.Hacıbəyli bildirib ki, hərəkatın xeyirli, uğurlu olacağına inanır.
“Bizim üçün əsas odur ki, xalqın mənafeyi üçün ən yaxşı seçim olsun. İnanıram ki, bu il keçiriləcək seçkilərdə xalqımız, millətimiz ən yaxşı seçimi edəcək və biz də onu dəstəkləyəcəyik”.
Anar Rüstəmov