Ermənistan prezidenti Serj Sarkisyan Rusiyalı həmkarı Vladimir Putinlə görüşündə onu Ermənistana dəvət edib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Sərkisyan Putinlə görüşündə həmçinin Rusiyanın Ermənistana kömək və dəstək verəcəyinə ümid etdiyini bildirib.
İkinci dəfə prezident seçildikdən sonra ilk səfərinin Rusiyaya olduğunu deyən Sərkisyan bildirib ki, Rusiya Ermənistanın strateji müttəfiqidir və bununla hər şey ifadə olunur.
Putinsə öz növbəsində Sarkisyanı ikinci dəfə prezident seçilməsi münasibətilə təbrik edərək Ermənistanla münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.
“Bu münasibətlər uğurla inkişaf edir. Qeyd edim ki, Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşıdır. Rusiya Ermənistana qoyulan xarici investisiyaların miqdarına görə də birinci yeri tutur. İki ölkə arasında siyasi əlaqələr də inkişaf edir. Bu, insanlar arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı zəmin yaradır. Rusiyadakı erməni diasporu xalqlar arasındakı əlaqələrin möhkəmləndirilməsində çox əhəmiyyətli rol oynayır”.
A.RÜSTƏMOV