Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Korneliya Piperin Federal hökumət adından Xocalı aeroportu ilə əlaqədar bəyanat verib Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a verilən məlumata görə, bəyanatda deyilir:
“Azərbaycan tərəfinin icazəsi olmadan Xocalı aeroportunda uçuşların bərpa edilməsi Ermənistan ilə Azərbaycan arasında 1994-cü ildən mövcud olan atəşkəs sazişinə xələl gətirəcək və Dağlıq Qarabağ münaqişəsinin miqyasının genişlənməsinə səbəb olacaqdır. ATƏT-in Minsk qrupunun həmsədrləri 2012-ci il iyulun 13-də bəyan etmişlər ki, aeroportun yenidən açılması Dağlıq Qarabağın statusuna dəyişiklik edilməsi üçün istifadə oluna bilməz. Bəyanatda bütün tərəflər məsələnin diplomatik həll yollarını axtarmağa və beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində hərəkət etməyə dəvət olunur”.
Bəyanatda qeyd olunur ki, Federal hökumət Avropa İttifaqındakı tərəfdaşları ilə birlikdə ATƏT-in Minsk qrupunun Ermənistanı və Azərbaycanı gərginliyi alovlandıracaq hər hansı hərəkətlərdən çəkinmək və məsələnin sülh yolu ilə həlli istiqamətində çalışmaq çağırışlarını dəstəkləyir.
Modern.az