Modern.az

Milli Məclisin ən varlı deputatları – SİYAHI

Milli Məclisin ən varlı deputatları – SİYAHI

12 Mart 2013, 20:39

Ermənistan Milli Məclisinin ən zəngin deputatlarının adları açıqlanıb. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistanda deputat gəlirləri ilə yanaşı şəxsi biznesləri ilə də böyük var-dövlət sahibi olan deputatların siyahısı hazırlanıb. Aparılan araşdırmalar zamanı məlum olub, Ermənistan parlamentinin ən zəngin deputatları arasında ilk beşlikdə “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan, millət vəkilləri Vahan Karapetyan, Qurqen Arsenyan, Qriqori Marqaryan və Respublikaçılar Partiyasının nümayəndəsi Samvel Aleksanyan yer alır.

Samvel Aleksanyan zənginliyinə görə, “Çiçəklənən Ermənistan” Partiyasının sədrindən bir pillə geridə qalır.

Araşdırma zamanı həmçinin bəlli olub ki, Ermənistan parlamentində təmsil olanan hakim Respublikaçılar partiyasının nümayəndələrinin illik gəliri ümumilikdə nə az, nə çox 98.1 milyon ABŞ dolları təşkil edir. 


Hazırda Ermənistan parlamentində  İrs partiyasını təmsil edən 5 deputatının isə illik gəliri 118 min dollardır.

Qeyd edək ki, deputatların ümumilikdə illik gəlirləri açıqlansa da onların ayrılıqda nə qədər varidata malik olmaları rəsmi sorğuda öz əksini tapmayıb.

A.RÜSTƏMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza