Modern.az

Təhsilin İnkişafı Fondu ilk rəsmi sənədini imzaladı - FOTO

Təhsilin İnkişafı Fondu ilk rəsmi sənədini imzaladı - FOTO

Təhsil

14 İyul 2022, 10:50

“Təhsilin İnkişafı Fondu adından ilk rəsmi sənədimizi imzaladıq. Təhsilimiz üçün xeyirli-uğurlu olsun!”

 

Modern.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun rəhbəri, təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib.

 

Qeyd edək ki, iyulun 13-də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsilin İnkişafı Fondu və “BestComp Group” MMC arasında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib.

 

Mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, “BestComp Group” MMC-nin baş direktoru Fərid Həsənov və digər nümayəndələr iştirak edib:

 

“İmzalanmış sənədə əsasən “BestComp Group” MMC şirkəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən təhsil müəssisələrinə 1000 ədəd kompüter avadanlıqları ianə olunacaq.

 

Təhsilimizin dayanıqlı inkişafına birlikdə nail olaq!”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu