Modern.az

I və IV qrupların imtahan vaxtı DƏYİŞDİ

I və IV qrupların imtahan vaxtı DƏYİŞDİ

Təhsil

14 İyul 2022, 15:30

Dövlət İmtahan Mərkəzi tərəfindən 20 və 21 iyul tarixlərində keçirilməsi nəzərdə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları qeydiyyatdan keçmiş abituriyentlərin sayı nəzərə alınaraq yalnız bir gündə - iyulun 21-də təşkil olunacaq.

 

DİM-dən Modern.az-a verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda keçiriləcək.

 

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

 

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

 

Məlumat üçün qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu